Hansı məhsullarda davamlı olaraq qiymət artımı baş verir? - İQTİSADÇI AÇIQLADI
"Azərbaycanda əksər məhsullarda bahalaşma tendensiyaları müşahidə edili". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, sadəcə olaraq onların içərisində ərzaq məhsullarının bahalaşdığını görürük: "Ərzaq məhsulları içərisində isə məhz gündəlik qida rasionuna daxil olan məhsulların daha çox bahalaşdığını müşahidə edirik. Bunun da əsas səbəbi insanların bu məhsullara tələbatı var. Digər bir tərəfdən isə məhz bu məhsulların müəyyən bir hissəsi idxaldan asılı vəziyyətdədir. İdxaldan asılı vəziyyətdə olduğuna görə, bu məhsullarda qiymət təsirinə gətirib çıxardır. Məhsul idxal etdiyimiz ölkələrdə ixraca müəyyən məhdudiyyətlər qoyulub. Bununla da həmin məhsulların ölkəyə daxil olmasında müəyyən məhdudiyyətlərin yaranması nəticədə qiymət artımı halları baş verir".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB