Rusiya-Ukrayna dostluq abidəsi sökülüb

Rusiya-Ukrayna dostluq abidəsi sökülüb

Ukraynanın paytaxtı Kiyevdəki Rusiya-Ukrayna Dostluq Abidəsi Kiyev Bələdiyyəsi tərəfindən sökülüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiya ilə Ukrayna arasında fevralın 24-də başlayan müharibə 62 gündür davam edərkən, Ukrayna Rusiyanın izlərini silməkdədir. Ukraynanın paytaxtı Kiyevdə 8 metrlik bürüncdən hazırlanmış Rusiya-Ukrayna Dostluq Abidəsi Kiyev meri Vitali Kliçkonun iştirakı ilə sökülüb. Mövzu ilə bağlı açıqlama verən Kliçko, “Dostlar, 1982-ci ildə iki xalqın sözdə dostluğu adına paytaxtda iki işçini təmsil edən tunc heykəl söküldü.

Rusiya dövlətimizə, xalqımıza qarşı öz barbar münasibətini nümayiş etdirdi. O, dostluq adlanan 8 metrlik metal abidəni götürərkən rus fəhlənin başı kəsilib. Mən abidənin dəyişdirilməsi ilə bağlı yeni layihəyə imza atdım və Kiyev bələdiyyəsi bu məsələyə qarşıdakı sessiyada baxacaq. Kiyevdə Rusiya və Sovet İttifaqına aid olan 60-a yaxın abidəni sökəcəyik. Rusiya ilə əlaqəli 460-dan çox küçənin də adı dəyişdiriləcək” deyib.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə