“ABŞ-ın məqsədi Rusiyanı məğlub etmək yox, zəiflətməkdir”

“ABŞ-ın məqsədi Rusiyanı məğlub etmək yox, zəiflətməkdir”

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Rusiyanın məğlubiyyəti ilə bağlı Pentaqon rəhbərindən söz almağa çalışan jurnalistin dediklərinə düzəliş edib.

Qeyd edək ki, jurnalist Ostindən onun səsləndirdiyi “ABŞ-ın məqsədi Rusiyanı məğlub etmək yox, zəiflətməkdir” cümləsinin mahiyyətini soruşub.

“...Biz Rusiya ilə müharibə aparmırıq. Hazırda Rusiya ilə Ukrayna döyüşür”, - SİA “RİA Novosti”yə istinadən bildirir ki, bunu ABŞ müdafiə naziri cavab kimi bildirib.

Qeyd edək ki, bundan əvvəl Ostin ABŞ-ın Rusiyanın hərbi gücünü zəiflətmək istədiyini bildirib.

ABŞ müdafiə nazirinin sözlərinə görə, bu, Ukraynada xüsusi əməliyyatın təkrarlanmasının qarşısını almaq üçün lazımdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə