Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Mariano Qrossi ilə birgə keçirdiyi mətbuat konfransı zamanı rus qoşunlarının Çernobıl AES-dəki son fəaliyyətlərini tənqid edib.
SİA bu barədə “UNN” saytına istinad edir.
“Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın 36-cı ildönümündə dünya yenidən fəlakətin bir addımında qalmışdı”-deyən Ukrayna prezidenti rusların nüvə təhlükəsini nəzərə almamaqda ittiham edib.
Qeyd edək ki, Ukraynanın şimalındakı Çernobıl Atom Elektrik Stansiyası bir müddət əvvəl Rusiya qüvvələri tərəfindən işğal edilmişdi.
Zelenskinin dediyinə görə, həmən ərəfədə ruslar stansiyanın bir sıra ərazilərini, o cümlədən sistemin idarəetmə mərkəzi və laboratoriyasını talan edərək zədələyiblər.
“...Onların ehtiyatsızlığı Rusiyanın nüvə silahından istifadə etmək təhlükəsindən xəbər verir”, deyən Ukrayna prezidenti “...təhlükə səviyyəsini nəzərə alaraq, Rusiyanın nüvə enerjisini silaha çevirməyə və dünyanı nüvə silahı ilə şantaj etməyə haqqı yoxdur”-deyə bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB