Pentaqonun rəhbəri Lloyd Ostin bildirib ki, Ukraynanın NATO-ya mümkün daxil olması ilə bağlı müzakirələrin davam etdirilməsi spekulyasiya olacaq.
SİA bildirir ki, bu barədə “RİA Novosti” “Fox News”a istinadən xəbər verir.
Şimali Atlantika Alyansının həmişə “açıq qapı” siyasətinə riayət edəcəyinə diqqət çəkən Ostin Ukraynanın gələcəkdə NATO-ya daxil olmaq cəhdlərini davam etdirəcəyi və yenidən üzvlük üçün müraciət edəcəyi barədə də fikir bildirib.
Maraqlıdır ki, Pentaqon rəhbəri Ukraynanın Şimali Atlantika Alyansı sıralarına mümkün daxil olması ilə bağlı müzakirələri tərk etməyə çağırıb. Çünki baş verən hər şeyin fonunda belə söhbətlər “çox məhsuldar spekulyasiya” olmayacaq.
O, həmçinin Rusiya prezidenti Vladimir Putinə Ukrayna ilə münaqişənin sülh danışıqları yolu ilə həlli təklifi ilə müraciət edib.
Bundan əlavə, Lloyd Ostin nüvə müharibəsinin başlanması perspektivləri ilə bağlı söhbətlərin əks-məhsuldar və təhlükəli ritorikaya aid olduğunu vurğulayıb. Onun sözlərinə görə, Vaşinqton nüvə müharibəsinin başlanmasının qarşısını almaq üçün mümkün olan hər şeyi etməyə və istənilən tədbirləri görməyə hazırdır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB