...Ukraynanın aldığı yeni silahların mayın sonu, iyunun əvvəlində döyüş meydanına ciddi təsir göstərə biləcəyini deyən Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Aretoviç müharibənin 2022-ci ilin sonuna qədər davam edə biləcəyini də istisna etməyib.
SİA xəbər verir ki, o bu barədə “Feygin Live” YouTube kanalının efirindən danışarkən bəyan edib.
Beləliklə, onun sözlərinə görə, bu gün ukraynalılar uzun bir tarixə köklənməlidirlər. Donbassda aktiv fazanın dayandırılması və döyüş meydanında yaşanan bəzi hadisələr... müharibənin sonu kimi qəbul edilməməlidir. Onun sözlərinə görə, bu “...kifayət qədər uzun hekayədir və kifayət qədər də uzun ola bilər, Yeni ildən əvvəl də ola bilər,.. hər şey bir sıra hallardan asılıdır”.
Yeri gəlmişkən, bir müddət bundan əvvəl Ukrayna təhlükəsizlik xidmətinin istefada olan generalı, deputat Andrey Kojemyakin Ukraynanın Rusiya Federasiyasına qarşı müharibədə qələbəsinin yaxın üç ay ərzində baş tutacağını proqnozlaşdırmışdı.
Maraqlıdır ki, digər bir “proqnozşünas” iqtisadçı, Vaşinqtondakı Təhlükəsizlik Siyasəti Mərkəzinin baş elmi işçisi, İqtisadi Təhlil İnstitutunun prezidenti Andrey İllarionov Rusiya Federasiyasının Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin ən azı daha üç il, yəni 2025-ci il yanvarın 20-dək davam edəcəyini bildirib.
Qeyd edək ki həmən gün ABŞ-ın yeni prezidentinin andiçmə mərasimi günüdür.
Bununla bağlı başqa bir proqnozu isə Ukraynanın Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Anton Geraşenko bildirib. Belə ki, onun proqnozlarına görə, Rusiya ilə müharibə hələ uzun onilliklərə qədər uzana bilər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB