Ukrayna ABŞ-dan maliyyə yardımı istəyib

Ukrayna ABŞ-dan maliyyə yardımı istəyib

Ukrayna ABŞ-dan ayda 2 milyard dollar maliyyə yardımı istəyib.

SİA xəbər verir ki, "The Washington Post" qəzetinin xəbərinə görə, paytaxt Vaşinqtonda ABŞ rəsmiləri ilə görüşən Ukraynanın maliyyə naziri Sergey Marçenko ölkəsinin təcili ehtiyacları üçün iyun ayına qədər cəmi 5 milyard dollar beynəlxalq maliyyə yardımı, ABŞ-dan isə 2 milyard dollarlıq yardım istəyib.

Qəzetə verdiyi müsahibədə Marçenko bəyan edib ki, lazımi maliyyələşməni təmin etmək və müharibədə qalib gəlmək üçün mövcud kəsir dərhal aradan qaldırılmalıdır.

Ukrayna prezidenti Volodimir Zelenski də Beynəlxalq Valyuta Fondunun (BVF) Dünya Bankının Yaz Toplantıları çərçivəsində keçirilən toplantıda Rusiyanın hücumu nəticəsində vurduğu iqtisadi itkiləri kompensasiya etmək üçün Ukraynanın ayda 7 milyard dollara ehtiyacı olduğunu bildirib.

ABŞ-ın maliyyə naziri Janet Yellen ötən həftə keçirdiyi mətbuat konfransında Bayden administrasiyasının Konqresdən Ukraynaya qarşı əlavə yardım istəməyə hazırlaşdığını qeyd etmişdi.

ABŞ müharibənin başladığı fevralın sonundan bəri Ukraynaya təxminən 1 milyard dollar iqtisadi dəstək verib.

Bundan əlavə, ABŞ prezidenti Co Bayden ötən həftə Ukraynaya əlavə 1,3 milyard dollar yardım edəcəklərini açıqlamışdı ki, bunun da 800 milyonu müdafiə, 500 milyon dolları isə iqtisadiyyatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə