Ağ Ev beynəlxalq ictimaiyyəti nüvə müharibəsi ehtimalı ilə bağlı bəyanatların tezliyini azaltmağa çağırıb - bu müharibənin baş verəcəyi təqdirdə, qaliblər olmayacaq.
SİA bu barədə “rambler”ə istinad edir.
Ağ Evin sözçüsü Cen Psaki bildirib ki, ABŞ-ın məqsədlərindən biri belə bir planın ritorikasını yumşaltmaqdır.
“Düşünürəm ki, siz bizim bəzi milli təhlükəsizlik işçilərimizin nüvə müharibəsində qalib gələ bilməyəcəyini açıq şəkildə söylədiklərini eşitmisiniz. Məqsədimiz açıq-aydın ritorikanın qızğınlığını azaltmağa çağırmaqdır”.
Qeyd edək ki, bir müddət bundan əvvəl Pentaqonun rəhbəri Lloyd Ostin “…ABŞ nüvə silahından istifadənin mümkünlüyü ilə bağlı söhbətləri və bəyanatları təhlükəli və səmərəsiz hesab edir”-deyə bildirmişdi. O, heç kimin belə müharibəni istəmədiyini də etiraf etmişdi.
Bundan bir qədər əvvəl isə Rusiya Müdafiə Nazirliyi ABŞ-ın Rusiyanın Ukraynada nüvə silahından istifadə etmək planları ilə bağlı bəyanatlarını absurd adlandırmışdı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB