ABŞ Ukrayna ilə Rusiya arasında mümkün sülh sazişini qəbul etməyə hazırdır, nəticədə Ukrayna neytral ölkəyə çevriləcək.
SİA TASS-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə deyib.
“...Məqsədimiz ukraynalıların danışıqlar masası arxasında öz mövqelərini möhkəmləndirmək imkanının olmasını təmin etməkdir ki, bu da sonda ortaya çıxacaq”.
Qeyd edək ki, Blinken bunu Rusiya və Ukrayna arasında aparılan danışıqları şərh edərkən bildirib.
Xatırladaq ki, fevralın 24-dən etibarən Rusiya Federasiyası Ukraynanın denazifikasiyası və demilitarizasiyası üçün xüsusi əməliyyata başlayıb.
Prezident Vladimir Putin bunu “səkkiz il ərzində Kiyev rejimi tərəfindən sui-istifadə və soyqırıma məruz qalan insanların müdafiəsi” kimi qələmə verməyə çalışıb.
Danışıqlarda Rusiya nümayəndə heyəti rəhbərinin köməkçisi Vladimir Medinskinin dediyinə görə, tərəflər digər məsələlərlə yanaşı, Ukraynanın neytral, bloklara qoşulmaması və nüvəsiz statusunu da müzakirə ediblər. O qeyd edib ki, bu, Moskvanın 2014-cü ildən bəri həll etməyə çalışdığı problemlərdən biridir.
Eyni zamanda, daha əvvəl, aprelin 25-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kiyevin Moskva ilə müqavilə layihəsi ilə bağlı bir sıra təkliflərdən yayındığını bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB