Bolqarıstanın Energetika Nazirliyi bildirib ki, “Qazprom” bolqar partnyoru “Bulgargaz” şirkətini aprelin 27-dən etibarən qaz tədarükünü dayandırması barədə xəbərdar edib”, - nazirliyin açıqlamasında bildirilir. SİA bu barədə rus saytlarına istinad edir.
Xatırladaq ki, bundan əvvəl Polşanın PGNiG enerji şirkəti “Qazprom”dan Yamal müqaviləsi çərçivəsində tədarükün tamamilə dayandırılmasına dair məktub alıb. Bu barədə şirkətin saytında məlumat verilib: “Hazırda istehlakçılara bütün çatdırılmalar onların tələbinə uyğun həyata keçirilir. Şirkətlər vəziyyətə nəzarət edir və müxtəlif ssenarilərə hazırlaşır”.
RBC “Qazprom”un nümayəndəsinə sorğu göndərib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB