Türkiyədə qapalı məkanlarda maskalardan istifadə aradan qaldırıldı

Paytaxt Ankaradakı Prezident İqamətgahında Səhiyyə Nazirliyinin Koronavirusla Mübarizə üzrə Elmi Komitəsinin üzvləri ilə görüşdən sonra açıqlama verən Ərdoğan deyib...
Türkiyədə qapalı məkanlarda maskalardan istifadə aradan qaldırıldı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə yeni növ koronavirus (Covid-19) epidemiyası tədbirləri çərçivəsində təxminən 3 ildir tətbiq edilən “qapalı məkanlarda maskalardan istifadə” öhdəliyinin tamamilə qaldırıldığını bildirib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Paytaxt Ankaradakı Prezident İqamətgahında Səhiyyə Nazirliyinin Koronavirusla Mübarizə üzrə Elmi Komitəsinin üzvləri ilə görüşdən sonra açıqlama verən Ərdoğan deyib: “Məlum olduğu kimi, dünyamızın son 2 ili bu epidemiyanın kölgəsi altında keçdi.

Türkiyə bu sınaqlardan alnı açıq çıxa bilən nadir ölkələrdən biri oldu.

Vətəndaşlarımızı virusdan qorumaq üçün dünyada inkişaf etdirilən hər bir üsulu ən sürətli şəkildə ölkəmizə gətirərək mübarizə apardıq.

Alimlərimizin səyi ilə yerli respiratorlardan tutmuş diaqnostik dəstlərə, dərman və peyvənd istehsalına qədər birlikdə bir çox uğurlara imza atdıq.

Türkiyə öz peyvəndini istehsal edə bilən 9 ölkədən biridir.

Biz dünyanın 160 ölkəsinə və 12 beynəlxalq təşkilatına tibbi yardım göndərmişik.

Koronavirusla bağlı tədbirlər çərçivəsində 3 ilə yaxındır tətbiq edilən “qapalı məkanlarda maskalardan istifadə” öhdəliyi artıq tamamilə aradan qaldırılır. Yalnız ictimai nəqliyyat vasitələrində və səhiyyə müəssisələrində maskalardan istifadə sayı yoluxma sayı mindən aşağı düşənə qədər bir müddət davam edəcək.”

Bütün xəbərlər Facebook səhifəmizdə