Hollandiyanın Haaqa şəhərində tikintisi başa çatan Hollandiya Diyanət Fondu (HDV) Ahi Evran məscidinin rəsmi açılış mərasimi Türkiyə Dəyanət Fondunun rəhbəri Əli Erbaşın iştirakı ilə keçirilib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.
Ahi Evran məscidinin açılış mərasimindəki çıxışında Erbaş deyib: “Ən xeyirli mərasimlərdən biri Ramazan bayramı öncəsi keçirilir.
Məscidlər şəhərlərin ürəyidir. Məscidlər Allahın Beytullahının və Mədinədə Peyğəmbər məscidinin qollarıdır. Məscidlər həm təhsil, həm də ibadət yeridir.
Açdığımız hər məscidin uzun illər xidmət göstərməsini və minarələrindən azan səslərinin gəlməsini arzulayırıq”.
Ə.Erbaş “Den Bosch HDV Orhan Qazi” məscidinin Den Boşda açılışından sonra Haaqada ikinci məscidin açılışını edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB