Bununla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyindən açıqlama verilib...
Türkiyə üç şəhid verdi

Türkiyə Silahlı Qüvvələri tərəfindən “Pəncə-Kilit” adı altında aparılan növbəti antiterror əməliyyatı zaman üç Türkiyə əsgəri şəhid olub. Bununla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyindən açıqlama verilib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Məlumata əsasən, əsgərlərdən biri bölgədə terrorçular tərəfindən atılan raket hücumu nəticəsində həlak olub. Hücum zamanı daha dörd əsgər yaralanıb.

Nazirlik şəhidlərlə bağlı Türkiyə xalqına başsağlığı verib.

Xatırladaq ki, “Pəncə-Kilit” antiterror əməliyyatları İraqın şimalında yerləşən Metina, Zap və Avaşin-Basyan bölgələrində aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə