33 mindәn çox yəmənli evlәrini tәrk etmәk mәcburiyyәtindә qalıb

33 mindәn çox yəmənli evlәrini tәrk etmәk mәcburiyyәtindә qalıb

Bu ilin әvvәlindәn etibarәn Yәmәndә 33 mindәn çox insanın evlәrini tәrk etmәk mәcburiyyәtindә qaldığı bildirilib.

SİA-nın əldə etdiyi məlumata görə, Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) dərc etdiyi hesabata görə, bu il Yəməndə evlərini tərk etmək məcburiyyətində qalan ailələrin sayının 5 min 556-ya çatıb.

Hesabata әsasәn,evlәrini tәrk edәnlәrin ümumi sayı 33 336 nəfərdir. Onların Hudayde, Taiz və Dali şəhərlərində baş verən qarşıdurmalara görə evlәrini tәrk etdiklәri bildirilir.

Yәmәnin paytaxtı Sәna vә bәzi bölgәlәri 2014-cü ilin sentyabr ayından etibarәn İran tәrәfindәn dәstәklәnәn husilәrin nәzarәtindәdir. Sәudiyyә Әrәbistanı rәhbәrliyindәki koalisiya qüvvәlәri 2015-ci ilin mart ayından etibarәn husilәrlә mübarizә çәrçivәsindә Yәmәn hökumәtinә dәstәk verir.

Yәmәndә 7 ildir davam edәn qarşıdurmalar sәbәbindәn tәxminәn 377 min adam hәyatını itirib. Dünyanın әn kasıb ölkәlәrindәn biri olan Yәmәndә vәtәndaş müharibәsi sәbәbindәn humanitar böhran yaşanır.

Bütün xəbərlər Facebook səhifəmizdə