Rusiyanın təhlükəsizlik zəmanətilə bağlı şərtləri

Rusiyanın təhlükəsizlik zəmanətilə bağlı şərtləri

"Rusiya Krım və Donbassın ərazi məsələsini həll etmədən Ukraynaya təhlükəsizlik zəmanəti imzalaya bilməz”.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin BMT-nin baş katibi Antonio Quterreşlə görüşündə deyib. Eyni zamanda, Rusiya Federasiyasının prezidenti İstanbulda keçirilən danışıqlarda “ciddi irəliləyiş” olduğunu bəyan edib.

Putin eyni zamanda ukraynalı həmkarların Ukraynanın beynəlxalq təhlükəsizliyinin tələblərini bu ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri kimi konsepsiya ilə əlaqələndirmədiyini bildirib. Rusiya prezidentinin dediyinə görə, onlar Krımı, Sevastopolu və Rusiya tərəfindən qeyd-şərtlərlə tanınan Donbass respublikalarını kənarda qoyublar.

Bununla belə, Putin əlavə edib ki, bu razılaşmalara nail olduqdan sonra Rusiya Buça ətrafında rus ordusunun heç bir aidiyyəti olmayan vəziyyətlə üzləşib. Onun sözlərinə görə, bundan sonra ukraynalı danışıqlarçıların növbəti nizamlanmaya dair mövqeyi kəskin şəkildə dəyişib.

“...Onlar Krım, Sevastopol və Donbass respublikalarının ərazisində təhlükəsizlik təminatlarını mötərizədən çıxarmaq kimi əvvəlki niyyətlərindən uzaqlaşıblar. Sadəcə olaraq, bundan imtina etdilər” - deyə Putin bildirib.

“Bizə aydındır ki, əgər biz bu məsələləri ilk növbədə həll etmədən, ən azı saziş layihəsi çərçivəsində dövlət başçıları səviyyəsinə aid etsək, heç vaxt həll olunmayacaq”, - Rusiya prezidenti izah edib.

O, vurğulayıb ki, bu halda Krım, Sevastopol və Donbass respublikaları ilə bağlı ərazi xarakterli məsələni həll etmədən təhlükəsizlik zəmanəti ilə imza atmağı “biz sadəcə bacarmırıq”.

Qeyd edək ki, Rusiyanın Ukrayna ilə razılaşmalar əldə etməkdə qərarlı olduğunun deyən Putin vəziyyətin diplomatik yolla nizamlanmasından imtina etmədiyini də diqqətə çatdırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə