Kadırov danos verənə dollar boyun olub..?

Kadırov danos verənə dollar boyun olub..?

Şeçenistan Respublikasının başçısı Ramzan Kadırov “Şeyx Mənsur və Dudayevin batalyonları”nın yeri barədə məlumat verənə milyon dollar mükafat veriləcəyini açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə özünün teleqram kanalında qeyd edib.

“Bu Şeyx Mənsur və Dudayev adlanan batalyonun harada yerləşdiyini deyən hər kəsə bir milyon dollar (bağışlamağa hazır olan xeyriyyəçi var) elan edirəm… Onları əldən verməməliyik, məhv etməliyik, yoxsa onlar diz çöküb xalqınızdan, bütün müsəlmanlardan bağışlanma diləməli və ya başları getməlidirlər”, – Kadırov audiomüraciətində bildirib.

Qeyd edək ki, Ukraynada Kadırovun legitimliyini qəbul etməyən çeçenlər “Şeyx Mansur batalyonu” və “Cahar Dudayev batalyonu” yaradaraq ruslara qarşı döyüşürlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com