Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Ukrayna Silahlı Qüvvələrinin sərhədyanı Qolovşino kəndini atəşə tutduğunu açıqlayıb.
SİA xəbər verir ki, müvafiq mesaj onun Telegram kanalında yer alıb.
Onun dediyinə görə, Qrayvoronski rayonunun Qolovşino kəndi Ukrayna tərəfdən yenidən atəşə tutulub. Qubernatorun dediyinə görə, bir neçə qeyri-yaşayış binası və 4 evə ziyan dəyib.
Xatırladaq ki, Qladkov daha əvvəl Juravlevka kəndinin atəşə tutulması nəticəsində iki mülki vətəndaşın yaralandığını bildirmişdi. Onun dediyinə görə, Ukrayna tərəfdən atılan atəş nəticsində iki mülkü şəxs qolundan və boynundan güllə yarası alıblar.
Onu da qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətini atəşə tutması ilə əlaqədar terror təhlükəsinin sarı səviyyəsi mayın 10-dək uzadılıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB