Zelenski Ərdoğanla danışığının mövzusunu açıqlayıb

Zelenski Ərdoğanla danışığının mövzusunu açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla apardığı telefon danışığının mövzusunu açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, Zelenski türkiyəli həmkarı ilə keçirdiyi telefon danışığında mühüm məsələləri müzakirə etdiklərini vurğulayıb. “Prezident Rəcəb Tayyib Ərdoğanla mühüm danışığımız oldu. Mariupoldakı son vəziyyət, dinc əhalinin və yaralıların təxliyəsi, zərərsizləşdirilən Ukrayna ordusunun təcili yenilənməsi barədə danışdıq.

Biz Rusiya ilə danışıqlar prosesini və müdafiə sahəsində də müzakirələr apardıq. Qara dəniz limanlarını bağlayan Rusiyanın dünya ərzaq bazarına yaratdığı təhlükələri də ətraflı müzakirə etdik. Artıq bir çox ölkələrdə ərzaq qiymətlərinin artması kritik həddə çatıb. Amma bu hələ başlanğıcdır”, – Zelenski deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə