Somalidə hərbçilərə qarşı terror aktı törədilib

Somalidə hərbçilərə qarşı terror aktı törədilib

Somalinin paytaxtı Moqadişoda terror aktı törədilib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Banadir rayonunda hərbi maşın keçərkən partlayıcı qurğu işə salınıb.

İlkin məlumata görə, partlayış nəticəsində 7 nəfər həlak olub, daha 3 nəfər yaralanıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə ərazidəki bəzi mağazalara ziyan dəydiyi əks olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə