İtaliyada Milan və onun ətrafı su altında qalıb. Şəhərin küçələrində su axınının çox olması səbəbindən nəqliyyatın hərəkəti dayanıb, yerli sakinlər çətinliklə evlərinə çata biliblər.
SİA-nın məlumatına görə, bu barədə yerli “La Stampa” nəşri məlumat yayıb.
Qeyd edilir ki, daşqına bütün gecə davam edən güclü yağış səbəb olub. Belə ki, güclü yağış səbəbindən küçələri və evlərin zirzəmilərini su basıb, yerli Seveso çayı isə sahillərini aşıb.
Bildirilir ki, əlverişsiz hava şəraiti səbəbindən bir çox evdə işıq olmayıb. Bundan əlavə, yanğınsöndürənlər təxminən yüz dəfə sakinlərin çağırışlarına gəliblər.
Daşqın Milan metrosunun işini də dayandırıb. Məhz bu səbəbdən şəhər rəhbərliyi insanları daşımaq bir neçə əlavə avtobus da marşruta buraxmalı olub.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB