“...Əsas döyüş hələ qarşıdadır”

Mariupol merinin müşaviri israrlıdır: “Bu, asan olmayacaq. Sürətli olmayacaq. Amma mütləq olacaq”
“...Əsas döyüş hələ qarşıdadır”

"...Rusların davamlı hücumlarına baxmayaraq, əsas hücum hələ qarşıdadır”.

Bunu Mariupol merinin müşaviri Petr Andryuşşenko bildirib. O dediklərini əsaslandırmaq üçün Mariupolda gedən yeni qruplaşmanı, ölkə daxilindəki raket hücumlarının artmasını və digər amilləri göstərib.

“...İnformasiya ilə işləyərkən Rusiya daxilində nə baş verdiyini və baharın əsas döyüşü ərəfəsində onun necə olduğunu müşahidə etmək çox maraqlıdır”.

Bu da müşavirin mesajında deyilir.

O daha sonra rus təbliğatının yalanı haqqında yazır.

Belə ki, bu gün “basıldıqlarını” görən ruslar min yerə yox, indi bir yerə yozurlar. Yəni burada da hər şey sadədir . Onlar indi Rusiyanın Ukrayna ilə deyil, NATO və ABŞ ilə müharibə apardığını yazırlar.

Onların dediyindən belə başa düşülür ki, döyüşən guya Ukrayna xalqı deyil, xarici muzdlulardır. Bu gün artıq kimyəvi silahdan istifadədə barədə də müxtəlif aspektlərdə danışırlar, amma artıq getdikcə daha yüksək səslə danışmağa başlayıblar. Yəni kimyəvi silahlar artıq dialoqlarda kifayət qədər geniş yayılıb.

Mariupollu merin müşaviri Rusiya Federasiyasının Bryansk şəhəri yaxınlığındakı yanğına da diqqət çəkir və “...bu yanğının nəticələri bizim üçün sadəcə olaraq gözəldir”-deyir. Hər halda niyəsini özü bilər.

... Sankt-Peterburqda naməlum şəxsin 9 mərtəbəli binaya partlayıcı yerləşdirdiyinə də diqqət çəkib.

Maraqlıdır ki, əvvəlcə FSB bunun İD (orada belə bir terror təşkilatı var-A.B.) tərəfindən törədilən terror aktı olduğunu bildirib. Amma sonradan hər yerdə rəsmi kanallar belə “petard”dan danışmağa başlayır.

Təbii ki, bütün bunlar, yəni Bryanskdakı yanğın, Sankt-Peterburqdakı bomba “zarbatotal”ı əslində rusların səfərbərlik üçün motivasiyanın yenilənməsidir: “...Çünki bu gün ruslar bizə nifrət edirlər və bizi öldürməyə çağırırlar, amma belə görünür ki, bu istəkdə olanların sayı getdikcə azalır”.

Deyim ki, mer müşavirinin bu deyimi ilə razılaşmamaq da olar. Niyə? Çünki ötən gün Putinin müharibə ilə bağlı apardığı siyasətə münasibət bildirən rusların 81 faizi rusiyalı prezidentə qahmar çıxıb onu dəstəklədilər.

Amma bu faktın dəqiq olub-olmaması barədə fikir söyləmək də bir az müəmmalıdır. (qələmin dəqiq kimin əlində olduğunu deyə bilmərəm-A.B.)

Yenə də...amma bütün bunlara baxmayaraq, Mariupol merinin müşaviri Petr Andryuşşenko israrlıdır, “...əsas döyüş” hələ qarşıdadır”-deyir.

“...Ona görə də hazırlaşırıq. Əsas döyüşə hazırlaşırıq. Bu, asan olmayacaq. Sürətli olmayacaq. Amma mütləq olacaq və mütləq qalib gələcəyik. Bu arada hər kəs öz yerində qələbəni yaxınlaşdırmalıdır”. Bunu da Andryuşşenko ərz edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə