Şimali Kipr Türk Respublikasında UBP sədri Faiz Sucuoğlunun sədrliyi ilə Milli Birlik Partiyası (UBP), Demokrat Partiyası (DP) və Dirçəliş Partiyasından (YDP) ibarət koalisiya hökuməti quruldu. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.
F.Sucuoğlu təşkil edələn mətbuat konfransında açıqlamalar verərək Nazirlər Kabinetinin siyahısını prezident Ersin Tatara təqdim etdiyini, bu adların ölkə başçısı tərəfindən təsdiqləndiyini bildirib, daha sonra Şimali Qıbrızın 39-cu hökuməti nazirlərinin adları sadalayaraq yeni kabinetə uğurlar diləyib.
Qeyd edək ki, baş nazir aprelin 19-da prezidentə maliyyə naziri Sunat Atunun vəzifədən azad edilməsi üçün yazılı müraciət göndərmişdi. E.Tatar bu müraciəti təsdiq edəndən sonra Faiz Sucuoğlu hökumətin istefasını təqdim etmiş, aprelin 20-də onunla görüşündən sonra Ersin Tatar əvvəlki UBP-DP-YDP koalisiya hökumətinin istefasını qəbul etdiyini bildirmişdi.
Xatırladaq ki, Şimali Kipr Türk Respublikasının 38-ci hökuməti olan UBP-DP-YDP koalisiya hökuməti fevralın 21-də qurulmuşu. 23 yanvarda keçirilən növbədənkənar parlament seçkilərində UBP 39,54 faiz səslə birinci olub. Cümhuriyyət Türkiyə Partiyası (CTP) 32,4, DP 7,41, YDP 6,39 və Xalq Partiyası (HP) 6,68 faiz səs toplayıb. Bu nəticələrə görə, 50 nəfərlik parlamentdə UBP 24, CTP 18, DP 3, HP 3, YDP 2 yer qazanıb.
Şimali Kipr Türk Respublikasının baş nazir Faiz Sucuoğluna hökuməti qurmaq vəzifəsi aprelin 22-də prezident Ersin Tatar tərəfindən tapşırılmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB