Burkina-Fasoda terror aktı törədilib, onlarla əsgər ölüb

Burkina-Fasoda terror aktı törədilib, onlarla əsgər ölüb

Burkina-Fasoda orduya eyni vaxtda təşkil edilən iki hücum nəticəsində 15 nəfər həlak olub.

SİA xəbər verir ki, ordudan yayılan məlumata görə, hadisələr Sahel bölgəsində yerləşən Qaskində və Pobe-Menqaoda törədilib. Qaskindəki hərbi hissəyə hücum nəticəsində 5-i əsgər olmaqla 9 nəfər həyatını itirib, 15 nəfər yaralanıb. Pobe-Menqaodakı hücumda isə 4-ü əsgər olmaqla 6 nəfər həyatını itirib, 15 nəfər yaralanıb.

Qeyd edək ki, 2015-ci ildən bəri qonşu Malidəki Əl-Qaidə və DEAŞ-a mənsub terror qruplaşmaları tərəf indən Burkina-Fasonun şimalında və şərqində tez-tez hücumlar törədilir. Hökumətin hesabatına görə terror hadisələrində 2015-ci ildən 2021-ci ilin dekabrına qədər 600-ü təhlükəsizlik qüvvələri olmaqla 2 min nəfər həyatını itirib, 1 milyon 814 min 283 nəfər isə ölkə daxilində didərgin düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə