“Baydenin yalana əsaslanan sözləri üzərində dayanmağa dəyməz”

Paytaxt Ankaradakı Prezident İqamətgahında Nazirlər Kabinetinin iclasından sonra açıqlamalar verən Ərdoğan 1915-ci il hadisələri ilə bağlı verilən şərhlərə toxunub
“Baydenin yalana əsaslanan sözləri üzərində dayanmağa dəyməz”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidentinin 1915-ci il hadisələri ilə bağlı sözlərinə reaksiya verərək “Biz Baydeni ermənilərlə bağlı tarixi bilmədən Türkiyəyə meydan oxumağa çalışmasını bağışlaya bilmərik” deyib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Paytaxt Ankaradakı Prezident İqamətgahında Nazirlər Kabinetinin iclasından sonra açıqlamalar verən Ərdoğan 1915-ci il hadisələri ilə bağlı verilən şərhlərə toxunub: “Qalisiyadan Liviyaya qədər geniş bir coğrafiyada apardığımız müharibələrin heç birində utancverici bir mənzərə görə və tapa bilməzsiniz.

Erməni iddiaları ilə bağlı müxtəlif ölkələrin hökumətləri və parlamentləri tərəfindən tanınan bəyanatların Türkiyəyə heç bir dəxli yoxdur.

ABŞ prezidenti cənab Co Bayden 1915-ci il hadisələri ilə bağlı danışmazdan əvvəl ermənilərlə bağlı tarixi çox yaxşı öyrənməli və bilməlidir. Yoxsa Türkiyəyə meydan oxumağa cəhd etməsini bağışlaya bilmərik.

Baydenin 1915-ci il hadisələri ilə bağlı bütün sözləri yalan və dezinformasiyaya əsaslandığı üçün üzərində dayanmağa dəyməz”.

Bütün xəbərlər Facebook səhifəmizdə