Rusiya hərbi əməliyyatları ilə bağlı bəyanat verib

Rusiya hərbi əməliyyatları ilə bağlı bəyanat verib

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Ukraynanın Xerson vilayətində “Pantsir-S” raket sisteminin və Ukraynaya məxsus “Toçka-U” taktiki raketinin havada vurulduğunu bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Konaşenkov açıqlamasında Rusiya hərbi birləşmələrinin Ukraynadakı müharibədəki hərəkətləri ilə bağlı məlumat verib.

Ukrayna hədəflərinə qarşı yüksək dəqiqlikli silahlardan istifadə etməyə davam etdiklərini bildirən Konaşenkov deyib:

“Kremençuk şəhərinin şimal kənarında yerləşən neft emalı zavodunun yanacaq istehsalı müəssisələrini və Ukrayna qoşunlarının hərbi-texniki maşınlarını yanacaqla təmin edən anbarı uzaq mənzilli yüksək dəqiqlikli silahla vurduq. Gecədə Xarkov vilayətində havadan atılan yüksək dəqiqlikli raketlərlə Ukraynanın 6 hərbi obyekti məhv edildi. Rusiya hava əməliyyat-taktiki birləşmələri 56 hərbi obyekti məhv etmişdir. Gecə boyunca raket birləşmələri Ukraynada 19, artilleriya bölmələri isə 967 hərbi məntəqəni atəşə tutdu".

Rusiya hava hücumundan müdafiə sisteminin Xarkov və Xerson bölgələrində Ukraynaya məxsus 13 pilotsuz uçuş aparatını (PUA) vurduğunu bildirən Konaşenko, "Pantsir-S" raket sistemi ilə Ukraynanın "Toçka-U" taktiki raketi və çoxbarrelli raket atıcısından atılan 18 raketin vurulduğunu bildirib.

“(Müharibənin başladığı 24 fevraldan) Bu günə kimi 141 təyyarə, 110 helikopter, 566 PUA, 265 hava hücumundan müdafiə raket sistemi, 2 min 526 tank və zirehli texnika, 283 çoxlüləli reaktiv yaylım atəşi sistemi, 1096 haubitsa və hava topları, Ukrayna ordusuna məxsus 2 min 326 şəxsi hərbi maşın məhv edilib”, -deyə Konaşenko qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə