...Budur tipik erməni “humanizmi”! İndi məlum olur, necə də “həssas” ürək sahibiymiş. Deyim ki, indi onun dediklərinə qulaq asanlar onda olan “səmimiyyətə” heç cür şübhə etməməlidir, amma...
Yəqin ki, Siz də söhbətin kimdən getdiyini başa düşdünüz. Bəli, vaxtilə ermənilərin müdafiə naziri olmuş David Tonoyan...
Deməli, Tonoyan erməni saytına “etiraf” edərək bildirir ki, guya o vaxt Nikol Paşinyan bu vəzifəni, yəni Ermənistan müdafiə nazirliyinə başçılıq etməyi ona təklif edəndə, ilk olaraq o tərəddüd edib. (...yəqin o hərbi xidmətdə-filanda olmamasını yadına salıb, amma bununla bağlı heç nə demir-A.B.).
Lakin erməni dostların çoxsaylı müraciətləri və eyni zamanda Ermənistan Silahlı Qüvvələrinin inkişafı ilə bağlı “onu narahat edən məsələlər” Tonoyanı ölkənin müdafiə naziri olmağa “vadar edib”. Təbii ki, bütün bunlar artıq keçmişdə qalıb deyə köhnə palan içi eşəsi deyilik...
Amma maraqlıdır ki, Tonoyan bu günlərdə köhnə əyyamlara baş vuraraq əsil ermənilərə məxsus, təbii ki, təhrif olunmuş ilə açıqlamada bulunub. Belə ki, sabiq nazir “mentalitet və keçdiyi yola” diqqət çəkərək guya heç vaxt Nikolun “siyasi komandasının” üzvü olmadığını bildirib. (...yalansa)
Sən demə, “humanizm mücəssəməsi” olan David heç vaxt heç bir müharibə tərəfdarı-filan olmayıb.
İndi ona İkinci Qarabağ Müharibəsini qızışdırmaqla bağlı irad bildirəndə belə, “daş atıb başın tutur”. Demə, “yeni torpaqlar üçün yeni müharibə” kimi sərsəm doktrinanı “elan edən” də bu deyilmiş.
Təsadüfi deyil ki, Rusiya XİN-in rəhbəri Sergey Lavrov sonradan məhz Tonoyanın bu doktrinasını, o cümlədən, Ermənistan hakimiyyətinin digər təxribatçı bəyanat və fəaliyyətlərinin Qarabağda yeni müharibənin alovlanmasına səbəb olduğunu etiraf etmişdi.
“...Biz torpaqları işğal etmişik, onları sizə qaytarası deyilik, əgər istəsəz belə qaytara bilməzsiniz, çünki döyüşməyi bacarmırsınız, əgər bacarsanız belə, onsuz da sizə icazə verməyəcəklər. Buna görə, bu torpaqların Ermənistanın nəzarətində qalması ilə razılaşın”.
Bəli, Siz öz halal torpaqlarınızı geri qaytara bilməzsiniz. Çünki ermənilərin hərb elmini “beş barmağı kimi bilən” David Tonoyam kimi müdafiə naziri var. Maraqlıdır ki, Tonoyan buna nəinki bütün erməniləri, hətta az qala özünü də inandırmışdı. Təbii ki, belə olmasaydı o Nyu-Yorkda erməni icmasının nümayəndələri ilə görüş zamanı “...müdafiə naziri kimi deyirəm ki, mən “sülh müqabilində ərazilər” formulunu “yeni müharibə – yeni ərazilər” formuluna çevirmişəm” deyə özündənmüşdəbeh şəkildə bəyan etməzdi.
“...Güzəştlər mümkündür. Hücum bölmələrinin sayını artıracağıq və səngərdən, müdafiə vəziyyətindən düşmən ərazisinə hərbi əməliyyatlar keçirə biləcək bölmələrin artırılmasına keçəcəyik”. Deyim ki, bu fikirlər də Tonoyana məxsusdur. Onu da deyim ki, həmən ərəfədə “Tonoyanın sözlərini ciddi qəbul etməyə meylli” olmayan xeyli erməni “səslərini qaldırmaq istəsələr də”, amma belə görünür ki, həmən vaxt Tonoyan dediklərində “israrlı” idi.
...Amma bu gün, erməni ruyakarlığı, erməni ikiüzlüyü ilə hər şeyi danır. Hətta vaxtilə yanında “quyruq buladığı” Nikol Paşinyanı belə “siyasi rəhbər” kimi qəbul etmədiyini deyir.
...Təbii ki, yalan danışır. Məsələ bundadır ki, bu gün Ermənistanda hələ də onu boşboğazın birisi kimi baxırlar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB