Türkiyə ilə İran sərhədində beton sədd tikilir. SİA-nın məlumatına görə, bu haqda Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu bildirb.
S.Soylu Van-İran sərhəd xəttindəki qeyri-qanuni keçidlərin qarşısını almaq üçün 295 kilometr uzunluqda divarın 2023-cü ildə tamamlanacağını qeyd edib.
“Bu vaxta qədər Ağrı, İğdır sərhədləri və Ermənistanla olan sərhədlərimizdə divar inşası işləri aparılıb” – deyə nazir əlavə edib.
Məlumat üçün bildirək ki, Türkiyədə bu günə qədər, xüsusilə Ağrı və İğdır sərhədində 191 kilometr, Suriya sərhədində isə 837 kilometr uzunluğunda divar tikilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB