Dünya müdafiə xərcləri ardıcıl yeddinci ildir ki, davamlı olaraq artır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) məlumat yayıb.
Bildirilib ki, tarixdə ilk dəfə olaraq ümumi hərbi xərclər 2 trilyon dolları keçərək 2,1 trilyon dollara çatıb.
2021-ci ildə hərbi xərclərin ən çox olduğu ilk beş ölkə ABŞ (801 milyard dollar), Çin (293 milyard dollar), Hindistan (76,6 milyard dollar), Böyük Britaniya (68,4 milyard dollar) və Rusiyadır (65,9 milyard dollar).
İnsitutun hesabatına görə, Rusiyanın hərbi xərcləri artıq üçüncü ildir ki, artmaqdadır. Ötən illə müqayisədə artım 2,9 % təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB