Qara məni basınca...Qabaqlayıcı zərbə anlayışı...

Qara məni basınca...Qabaqlayıcı zərbə anlayışı...

...Onu necə deyirlər...”qara məni basınca, qoy, qaranı mən basım”. Ramzan Kadırov demiş, bu deyən lap “şaytan” əməlinə bənzəyir...nə isə.

...Hə, deməli, “Donetsk Xalq Respublikası”ndakı “Pyatnaşka” könüllü batalyonunun komandiri Axra Avidzba bu günlərdə məxvi və eyni zamanda “qiymətli” bir açıqlama ilə...icazə verin deyim: Kiyevin Rusiyaya hücum planı barədə açıqlama verib.

Beləliklə, SİA onun “RİA Novosti”də yer alan “qiymətli” (...və eyni zamanda məxvi) açıqlamasına istinad edir.

Deməli, Avidzbananın dediyinə görə, Rusiya Ukraynaya hücum etməklə, Ukrayna ordusunun qarşı tərəfə ediləcək hücum planını qabaqlayıb. Onun dediyinə görə burada saat və ya bəlkə də dəqiqı söhbəti olub.

Yəni onun dediyindən belə başa düşülür ki, Rusiya hücuma keçməsəydi, bunu Ukrayna edəcəkdi. Sadəcə olaraq burada Rusiyanın “adi saat tezliyi” məsələsi hər şeyi həll edib.

Təbii ki, mən hərb sahəsinin adamı deyiləm deyə bəlkədə bunu düzgün çatdıra bilmirəm...

Ona görə də, gəlin, könüllü batalyon komandiri Axra Avidzbanın özünü dinləyək: “Hər şeyi planlaşdırmışdılar. Bir gündə edilməliydi. Sadəcə olaraq, qabaqlayıcı zərbə anlayışı var və o da çatdırılıb. Ona görə də vəziyyəti dəyərləndirən və belə ağır əmr verən Ali Baş Komandanımıza təşəkkür edirəm”.

Təbii ki, burada hərbi sirlərin əlamətləri olduğu üçün Sizə də çox dərinə getməyi məsləhət görmürəm. Amma o “qarabasmanın” nə yeridir...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə