Ukrayna Bryanska bomba atıb?

Bryanskda “Drujba” neft bazası yaxınlığında baş verən yanğın videoya çəkilib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə “Telegram” kanalı məlumat yayıb. Məlumatda alovların şəhərin müxtəlif yerlərindən göründüyü də bildirilib.

Verilən digər məlumatda hadisə şahidləri yanğından az əvvəl partlayış səsləri eşitdiklərini bildirmişdilər. “İzvestiya” nəşri yanğın xəbərlərinin yerli hakimiyyət orqanları tərəfindən təsdiqləndiyini də bildirib.

Xatırladaq ki, aprelin 1-də Belqorod neft bazasında yanğın baş verib. Sonradan məlum olub ki, yanğına səbəb aşağı hündürlükdə Rusiya ərazisinə daxil olan Ukrayna aviasiyasına məxsus iki helikopterin hava zərbələridir.

Deyirəm axı, (...elə Siz də deyin) “...od olmasa, tüstü çıxmaz”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə