...Amma maraqlı olanı bilirsiniz nədir? Bütün olanlara və hətta çoxlarının da bu olanları haqsızlıq kimi dəyərləndirib Putinin adına yazmasına baxmayaraq, rusların əksəriyyəti onun işini müsbət qiymətləndirməkdə davam edirlər.
Beləliklə, SİA rus saytlarında keşirilən rəy sorğularına istinad edir.
Qeyd edək ki, bu gün rusiyalıların böyük əksəriyyəti, dəqiq desək 81 faizi prezident Vladimir Putinin işini müsbət qiymətləndirir, 79 faizi isə ona tam güvənir.
Belə ki, “Sizcə, Putin öz işini yaxşı görür, yoxsa pis?”. Deməli, ölkə prezidenti ilə bağlı qoyulan və rus respondentlərinə ünvanlanan bu suala onların 81 faizi bunun yaxşı olduğunu bildiriblər. 10 faiz isə prezidentin işini mənfi qiymətləndirib, təxminən eyni sayda insan isə cavab verməkdə çətinlik çəkdiyini deyib.
Maraqlıdır ki, bir həftə əvvəl Putinin əməllərinə müsbət qiymət verənlər rəyi soruşulanların 77 faizini təşkil edirdilər. Bu gün isə bu göstərici, göründüyü kimi, 81 faizə çatıb.
Qeyd edim ki, bir həftə əvvəl rusiyalı prezidentin fəaliyyətini mənfi qitymətləndirənlər 12 faiz idisə, bu gün artıq 10 faiz olub.
Xatırladım ki, Putinin fəaliyyəti ilə bağlı sorğu aprelin 15-17-də Rusiya Federasiyasının 53 subyektinin 104 şəhər və kənd yaşayış məntəqəsində 18 yaşdan yuxarı 1500 nəfər arasında keçirilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB