Fransanın paytaxtı Parisdə polis əmrə tabe olmayan avtomobilə atış açıb.
SİA APA-ya istinadən xəbər verir ki, polis əməkdaşları əks istiqamətdə hərəkət edən avtomobilə saxla əmri verib. Bu zaman sürücü avtomobili polislərin üzərinə sürərək hadisə yerindən uzaqlaşmağa cəhd edib.
Qanun keçikçiləri avtomobili saxlatmaq üçün silah tətbiq edərək 2 nəfəri öldürüb, 1 nəfəri yaralayıb.
Hazırda Paris şəhər prokuroru hadisə yerindədir. Faktla bağlı xidməti vəzifəsini yerinə yetirən şəxsi öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB