Britaniya bütün ölkələri ABŞ-a qarşı çıxmağa çağırıb?

Britaniya bütün ölkələri ABŞ-a qarşı çıxmağa çağırıb?

“...Səs hüququ olan bütün ölkələrin Amerikaya qarşı ayağa qalxması lazımdır. O, qlobal maliyyə sistemi üzərində nəzarətdən istifadə etməyi dayandırmalıdır. Bu gün Amerika məhz onun köməyi ilə dünya ölkələrinə və xalqlarına təzyiq göstərir”.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu fikirləri Britaniyanın “Rai Al Youm” nəşrinin köşə yazarı Səid Xəlil əl-Absi bəyan edib.

Beləliklə, publisistin fikrincə, ABŞ Mərkəzi Bankın ehtiyatlarını dondurmaqla və dünya ölkələrinə anti-Rusiya sanksiyalarına qoşulmaq üçün görünməmiş təzyiq göstərməklə cinayət törədib.

Yazar hesab edir ki, bu cür hərəkətlər qlobal maliyyə sisteminə və Vaşinqtona inam səviyyəsini xeyli azaldır.

Bu da istənilən ölkənin ehtiyatlarını dərhal dondura və “ABŞ hegemonluğuna” son qoymağa kömək edə bilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə