"Azov” alayının əsgərləri Mariupolun mülki əhalisinin “Azovstal” zavodunun zirzəmilərində necə yaşadığını videoda nümayiş etdiriblər.
Qeyd edim ki, onlar, dediklərinə görə, şəhəri az qala yer üzündən silən rusların atəşindən orada gizlənməyə məcbur qalıblar. Videoda deyilir ki, hazırda elə Putinin özü başda olmaqla Mariupolu aramsız atəşə tutan rus əsgərləri guya yerli sakinləri “faşistlərdən” xilas etməyə gəldiklərini iddia edirlər. Əslində isə Mariupola soxulmaq istəyən ruslar yerli sakinləri normal dinc həyatdan məhrum etməyə gələnlərdir.
...Burada haşiyə şıxaraq bildirim ki, biz SİA olaraq burada Ukraynanın “UNİAN” saytına istinad etmişik. Amma etiraf edim ki, verilan məlumatın birtərəfli mövqeyinə və əgər bu doğrudan da belə deyilsə, bu halda yazı ilə bağlı məsuliyyəti Ukrayna tərəfi daşıyır.
Beləliklə, ...qadınlardan biri rusların atəşindən sonra əzaları kəsilmiş mülki şəxslərdən birinin “xəstəxana”ya necə gətirildiyini danışıb.
Yüzlərlə insan, o cümlədən onlarla uşaq deyir ki, onların bir neçə günlük yemək və suları qalıb. Bir ay yarım ərzində demək olar ki, çölə çıxmırlar, zirzəmidə havasız və davamlı bombardman altında qalaraq özlərini “dünyanın ən unudulmuş”ları adlandırdılar.
Hazırda uşaqlar üçün uşaq bezləri yoxdur, çantalarda yatırlar, onlar üçün rütubətdən nəfəs almaq çox çətindir.
Bu gün Mariupol sakinləri dünyanı onlara kömək etməyə çağırırlar. Amma başa düşmürlər ki, bütün dünya heç bir şey etmədən onların öldürülməsinə tamaşa edirlər.
"Bütün Mariupol sakinləri adından bütün dünyaya müraciət edirəm! Bizə kömək edin! Biz öz şəhərimizdə, öz ölkəmizdə yaşamaq istəyirik! Biz bu bombardmanlardan, torpağımıza davamlı hava zərbələrindən bezmişik! Mən başa düşmürəm ki, xilas olmaq üçün buradayıq! Bizə kömək edin! Rusiya Federasiyasının ölkəmə qarşı təcavüzünü dayandırın! Şəhərim tamamilə yerlə-yeksan olub,canlı yer yoxdur! Hər yer tamamilə bombalanıb. Burada sığınacağa sığınıb ağlayan uşqlar yaşamaq istəyirlər. Bu təcavüzü dayandırın! ABŞ, İngiltərə, Fransa, Kanada, İsrail, Türkiyə prezidentlərindən xahiş edirəm, hamıdan xahiş edirəm: bizə kömək edin, lütfən bizi xilas edin!”
...Qeyd edim ki, bu Mariupolda sığınacaqda gizlənən yerli sakinlərdən birinin səsləndirdiyi naləsidir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB