Birləşmiş Ştatlar 1945-ci ildə Elbada sovet və amerikalıların görüşünün xatirəsinə həsr olunmuş mərasimi ləğv edib.
SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov “Rossiya 1” telekanalının efirində danışıb.
“Belə tədbirlərin keçirilməsindən imtina edilib”, - deyə səfir bildirib.
Onun sözlərinə görə, mərasim hər il keçirildiyi Arlinqton qəbiristanlığı tərəfindən rəsmi olaraq ləğv edilib. Bunu Rusiya diplomatlarına “Dövlət Departamentinin tövsiyəsi ilə açıq şəkildə bildiriblər”.
“...Biz bu reaksiyanı bu gün ABŞ-da yayılan rusofobiyanım səbəbi kimi başa düşürük”. Qeyd edək ki, Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonovun dediyi bu fikirlər, təkcə onun yox, həm də onun tərəfdaşlarının da gəldiyi qənaətdir.
Elbadakı görüş İkinci Dünya Müharibəsi illərində anti-Hitler koalisiyası çərçivəsində Moskva ilə Vaşinqton arasında müttəfiqliyin kulminasiya nöqtəsi idi. Bu hadisənin 50 illiyi şərəfinə 1995-ci ildə ABŞ-ın Arlinqton qəbiristanlığında sovet və amerikalı hərbçilərin təsviri olan “Elbanın ruhu” xatirə lövhəsi quraşdırılıb.
Qeyd edək ki, daha əvvəl Anatoli Antonov bildirmişdi ki, hazırda Rusiya səfirliyinin işi əslində Vaşinqtonun hərəkətləri ilə əngəllənir. Bundan başqa o, diplomatları və səfirlik işçilərini hədələyən məktub və zənglərdən, oranı tərk etməyin fiziki mümkünsüzlüyündən şikayətlənib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB