Rus saytları yazırlar ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyaları səbəbindən Britaniya iqtisadiyyatı yaxın 9 ildə 6,2 milyard funt sterlinq (təxminən 7,96 milyard dollar) itirəcək.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The Telegraph” məlumat yayıb. Nəşrin yazdığına görə, ən nəzərəçarpacaq ziyana “Bentley” və “Aston Martin” avtomobillərinin, həmçinin “Burberry” brendindən çantaların tədarükünə qoyulan qadağa səbəb olacaq.
Maraqlıdır ki, amma nədənsə, premium brendlərin əksəriyyəti Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiqini dəstəkləyirlər.
Amma...ilkin proqnozlara görə, 2030-cu ilə qədər bu şirkətlər 881,7 milyon funt sterlinq itirəcək.
“The Telegraph” həmçinin hesablayıb ki, sanksiyalar mal və neft emalı texnologiyalarını ixrac edən şirkətlərə ciddi ziyan vuracaq. Bu ziyan rusların hesablamalarına görə, təxminən 6,7 milyon funt-sterlinq təşkil edəcək.
...İnformasiya texnologiyaları sənayesinin doqquz ildə itkisi 4,1 milyon funt-sterlinqə çata bilər.
Qeyd edək ki, əvvəllər Böyük Britaniyanın təyyarələr üçün ekoloji cəhətdən təmiz yanacaq tədarükçüsü kimi dünyanın aparıcı təchizatçısına çevrilə biləcəyi deyilirmiş. Amma sən demə, ingilislərin Rusiyaya qarşı tətbiq etdikləri sanksiyalar bunun da “qarşısına sipər çəkəcək”.
...Bunu da ruslar yazır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB