Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Rusiya Federasiyasının Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin üçüncü ayının başlaması ilə bağlı açıqlama verib. SİA-nın əldə etdiyi məlumata görə,o, bu barədə öz twitter səhifəsində yazıb.
"Biz indi Putinin Ukrayna ilə qeyri-qanuni müharibəsinin üçüncü ayına qədəm qoyuruq. Rusiya Odessada günahsız dinc sakinlərə və uşaqlara hücumlar və Mariupolun mühasirəsi də daxil olmaqla dəhşətli vəhşiliklər törədib. Putin uğursuzluğa düçar olana və Ukrayna qalib gələnə qədər dincəlməyəcəyik".
Bunu Britaniya Xarici İşlər Nazirliyrinin rəhbəri yazıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB