Rusiya Federasiya Şurasının beynəlxalq komitəsi rəhbərinin birinci müavini Vladimir Cabarov Fransanın hazırkı lideri Emmanuel Makronun Fransada keçirilən prezident seçkilərində qələbəsini yüksək qiymətləndirib.
SİA-nın məlumatına görə, onun sözlərini “RİA Novosti” yayıb.
Qeyd edək ki, rusiyalı senator Makronun qələbəsini gözlənilən adlandırıb, lakin seçkilərin “Milli birlik” partiyası tərəfindən namizədliyi irəli sürülmüş deputat Marine Le Penin də göstərdiyi nəticələrə diqqət çəkib.
“…Fransızların əhəmiyyətli bir hissəsi Avropa İttifaqı və NATO-nun siyasətindən narazıdır”. Bunu da Cabarov deyir və təbii ki, burada onun Le Penin Rusiyaya olan sevgisinə eyham vurduğu da nəzərdən qaçmır.
Bir daha qeyd edim ki, Marin Le Pen aprelin 24-də keçirilən Fransa prezident seçkilərinin ikinci turunda məğlub olduğunu etiraf edib. Buna baxmayaraq, o, əldə etdiyi nəticəni “qələbə” hesab etdiyini bildirib və bununla yanaşı o ölkə vətəndaşları qarşısında öhdəliklərini yerinə yetirəcəyinə söz verib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB