Le Pen qazandığı ilkin nəticəsini uğurlu sayır…

Le Pen qazandığı ilkin nəticəsini uğurlu sayır…

Fransa prezidentliyinə “Milli birlik" partiyandan namizədliyini irəli sürən Marin Le Pen səsvermə başa çatdıqdan sonra elan edilən seçkilərinin ikinci turunun ilkin nəticələrini uğurlu adlandırıb. SİA bu barədə “rambler”ə istinad edir.

Fransa telekanalları tərəfindən yayımlanan seçicilərlə keçirilən mitinqdə o, “…bu nəticə bizim üçün parlaq qələbə idi. Bizim üçün, milyonlarla avropalı üçün olduğu kimi, bu nəticə mövcud sistemdən kəskin narazılığın simvoludur"-deyə bildirib.

Qeyd edək ki, bu dəfə “BFM” telekanalı ilkin səsvermə məlumatlarını dərc edib. Bu səsvermə nəticələrində Fransanın hazırkı prezidenti Emmanuel Makron 57,6 faiz səslə qalib gəlir. Le Pen isə 42,4 faiz səs toplayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə