Deyilənə görə, britaniyalı keçmiş futbolçu Devid Bekhem və modelyer Viktoriya Bekhemin kiçik oğlu Romeo Bekhem böyük qardaşı Bruklin Bekhem kimi evlənməyə özünü hazır hiss edir və tezliklə evlənəcək. SİA xarici mətbuata istinadən xəbər verir ki, 19 yaşlı Bekhem 3 ilə yaxındır ki, model Mia Reqan (19) ilə xoşbəxt münasibətdədir. İkiliyə yaxın mənbələr cütlüyün münasibətlərinin yaxşılaşdığını və yaxın vaxtlarda ciddi addımlar ata biləcəklərini bildiriblər.
Yaxın mənbə The Daily Mirror-a deyib: “Mia Romeonun anası Viktoriya ilə yaxındır. Artıq aydın idi ki, cütlük birlikdə uzunmüddətli gələcək istəyirlər. Onlar artıq bir-birlərinin ruh yoldaşı olmaqdan danışırlar" dedi. Mənbə əlavə edib ki, cütlük birlikdə böyük bir ailə qurmağı səbirsizliklə gözləyir.
Romeo Bekhemin diqqət çəkməmək üçün sevgilisinə evlilik təklifi etmək üçün qardaşının toyunu gözlədiyi də söz-söhbətlər arasındadır. Digər tərəfdən, Romeo və Mianın Bruklin və Nikoladan çox daha sadə bir toy istədikləri və cütlüyün xaricdə deyil, İngiltərədə evlənməyi planlaşdırdığı da deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB