Rus səfiri Kanada hökumətindən kömək istəyir

Rus səfiri Kanada hökumətindən kömək istəyir

Rusiyanın Kanadadakı səfiri Oleq Stepanov Qərbin Ukraynada hazırladığı təxribatla bağlı məlumatla bağlı Kanada hökumətinin başçısı Castin Trüdodan ABŞ-a təsir göstərməsini xahiş edib.

SİA bu barədə “rambler”ə istinad edir.

Stepanovun sözlərinə görə, o, Trüdoya və Kanadanın xarici işlər naziri Melani Coliyə şəxsi mesajlar göndərib ki, onlar bu faciənin qarşısını almaqda ABŞ administrasiyasına təsir etsinlər.

Səfirin dediyinə görə, kütləvi qırğın silahlarının tətbiqi ilə gözlənilən təxribat barədə məlumat Ottavadakı diplomatik korpusun nümayəndələrinə, Kanada hökumətinə və KİV-ə ötürülüb.

“RİA Novosti” xəbər verir ki, Stepanov təxribata görə məsuliyyətin tamamilə ABŞ-ın üzərinə düşəcəyini vurğulayıb.

Xatırladaq ki, ABŞ-ın Rusiyanı Ukraynada kimyəvi, bioloji və ya taktiki nüvə silahından istifadə etməkdə ittiham etmək üçün təxribatlar hazırladığı məlum olub. Müdafiə Nazirliyinin xəbərdarlıq etdiyi kimi, Xarkov və Kiyevdəki kimyəvi və bioloji obyektlərdə və ya Zaporojye atom elektrik stansiyasında təxribatlar törətmək mümkündür.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə