Pakistan-Əfqanıstan sərhədində üç Pakistan hərbçisi həlak olub

Pakistan-Əfqanıstan sərhədində üç Pakistan hərbçisi həlak olub

Pakistanın Əfqanıstanla sərhədində-Xayber-Paxtunxva əyalətinin Şimali Vəziristan dairəsində atışma nəticəsində üç Pakistan hərbçisi həlak olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, son günlər Əfqanıstanla sərhədin bu hissəsində gərginlik səngimir.

Pakistan hakimiyyəti Əfqanıstan ərazisindən törədilən bu inisidenti kəskin pisləyib.

Bildirilir ki, aprelin 14-də Pakistan-Əfqanıstan sərhədinin İşam rayonunda da yeddi Pakistan hərbçisi öldürülmüşdü.

Bütün xəbərlər Facebook səhifəmizdə