“Ölkə cəhənnəmə gedir..?”

Tramp ABŞ-ın hazırkı administrasiya tərəfindən məhv edildiyini deyir
“Ölkə cəhənnəmə gedir..?”

ABŞ-ın keçmiş prezidenti Donald Trampin o dəfəki “ittihamları” hələ ünvanına çatmamış, bu dəfə “yeni ittıhamlarla” gələrək bildirib ki, guya hazırkı administrasiya Bayden başda olmaqla ABŞ-ı məhv edirlər, ölkəni cəhənnəmə aparırlar və c. və ilaxır.

SİA bu dəfə də ənənəni pozmayıb yenə də rus saytlarına istinad edir.

Deməli, “...fakt budur ki, seçkilər saxta, oğurluq olub. İndi də ölkəmiz məhv edilir, ölkə cəhənnəmə gedir”. Qeyd edim ki, Trampı bunları Ohayo ştatının Delaver dairəsində tərəfdarlarının mitinqində deyib.

...Rusların “RİA Novosti” saytı da Trampın dediklərinin nöqtə və vergülünə belə toxunmadan döşəyib gedib. Amma, deyəsən, rus saytları bir az təəssüfləniblər də... Niyə? Trampın hazırkı prezident Cozef Baydenlə bağlı ittihamlarının az olmasıyla.

Beləliklə, daha sonra sabiq prezident ABŞ-ın hazırkı prezidenti Cozef Baydenlə bağlı “nə baş verdiyini anlamadığını” və onun gozünə nəsə görünür deyə boşluqda əl sıxmasını xatırladıb. Ruslar demiş..."feso".

...Hələ bu?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə