...Yenə rus saytlarının yazdığına görə, Amerikanın “Fox News” telekanalı jurnalist Qlen Qrinvaldın Ukraynadakı hadisələrlə bağlı müsahibəsini yayımlayıb. Beləliklə o öz müsahibəsində Vaşinqtonun Kiyevi necə dəstəklədiyini amerikalılara izah etməyə çalışıb. Bundan əlavə, Qrinvald əminliklə qeyd edib ki, Ağ Ev konkret olaraq münaqişəni uzatmağa çalışır.
SİA bu barədə “rambler”ə istinad edir.
Deməli qeyd edim ki, jurnalist Ukrayna hadisələrində sadə amerikalıların maraq və mövqeyini də öyrənməyə çalışıb.
Belə ki, Qrinvald sadə amerikalılar arasında rəy sorğusu keçirməsə də, amma ölkəsinin Ukraynaya ötürdüyü üç milyard dollardan artıq vəsaitin yerli kasıb amerikalılara verilməsini daha münasib bilib.
Yenə də deməli,..yazının bu yerindən sonra artıq rus nəşri “qələmə sarılaraq” sadə amerikalıların dilindən prezident Cozef Baydenə suallar ünvanlayır ki, buyurun Siz də tanış olun:
-“Əsl sual üç milyarddır, Cozef bunun kremini nə qədər siləcək?"
- “Bizim iştirak etmədiyimiz münaqişəyə niyə pul göndərməliyik?”
-“Bunun bitməsini istəmirlər. Bunu anlamaq asandır”.
-“Xahiş edirəm, Baydeni Ukraynaya göndərin”.
Deyirəm, rus jurnalist bunları yazanda nəsə unutmayıb ki?.. Amma ABŞ prezidentinə ünvanlanan sonuncu sorğuya, yəni Cozef Baydenin Ukraynaya gəlməsi ilə bağlı deyə bilərəm ki,.. gələcək, özü söz verib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB