Britaniyalı jurnalist Mariupol sakinlərinin millətçilərə münasibətindən danışıb(?)
Ay səni, Fillips…

Britaniyalı jurnalist Qrem Fillips “İzvestiya”ya müsahibəsində Mariupol sakinlərinin ukraynalı millətçilərə münasibətindən danışıb. O qeyd edib ki, Rusiyada döyüşçülərinə qarşı cinayət işi açılan “Azov” batalyonunun üzvləri yerli mülki əhalinin başında guya “qoz sındırır”. Məhz buna görə də yerli əhali arasında “Azov” batalyonu döyüşçülərinə qarşı münasibət çox pisdir.

SİA bu barədə Rusiya saytlarına istinad edir.

Müxbirin dediyinə görə, şəhərdə “Azov” sakinlərini “məxluq”, “alçaq” adlandırırlar. (...yenə də guya) Fillips, onların gedişindən sonra Mariupolun çiçəklənəcəyinə əmin olduğunu bildirib.

“…Bu, nəinki əvvəlki kimi, hətta daha da yaxşı olacaq, çünki bu, rusdilli insanların yaşadığı gözəl şəhərdir. Və biz hamımız Qələbə Gününü burada qeyd edəcəyik”.

Rus nəşrinin yazdığına görə, guya bütün bunları ingilis jurnalist ərz edib.

Maraqlıdır ki, Mariupolda gördüklərindən “sarsılan” britaniyalı jurnalist Qərb mediasının burada baş verənlərlə bağlı təhrif olunmuş məlumatlar verdiyini də rusların “ovcuna qoyub”.

Qeyd edim ki, bizlərdə buna “qəlım düşmən əlindədir” deyirlər. Nəzakət xatirinə olmasa etiraf edim ki, yarım milyona yaxın əhalisi olan Mariupolu mühasirəyə alan ruslardan qurtulub qaçan ukraynalılar, elə yerli ruslar da başqa şeylər danışırlar axı… Ay səni, Fillips…

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə