Bolqarıstanın Melitopolda konsulu oğurlanıb

Ərzaq kəndlərdən marketlərə gətirilir, amma onu almaq üçün nağd pul yoxdur
Bolqarıstanın Melitopolda konsulu oğurlanıb

"...Bir neçə saat bundan əvvəl Bolqarıstanın Melitopolda olan konsulunun oğurlandığı məlum olub”.

SİA xəbər verir ki, bu barədə Melitopol meri İvan Fedorov milli marafonun efirində məlumat verib.

Onun sözlərinə görə, ölkə boyu 50-dən çox həmkarı oğurlanıb. Dediyinə görə, bu gün onların 29-u rus həbsxanasındadırlar.

Fedorovun sözlərinə görə, “...iş adamlarına gəlincə, bu ruslar üçün davamlı təcrübədir, öz fikri, vətənpərvərlik hissləri olan hər kəsi oğurlayırlar”.

Melitopoldakı əməliyyat vəziyyətinə gəlincə, Fyodorov bildirib ki, artıq dördüncü gündür ki, ruslar Zaporojye istiqamətində getmək istəyən sakinləri buraxmırlar.

“Son dörd gündə onlar Zaporojyedə istənilən marşrutla evakuasiyanı tamamilə əngəlləyiblər, yalnız Krıma getmək imkanı verirlər”-deyə mer bildirib.

Onun sözlərinə görə, humanitar yardımlar bloklanıb, şəhərdə nağd pul yoxdur. Ərzaq kəndlərdən marketlərə gətirilir, amma onu almaq üçün nağd pul lazımdır, bu, demək olar ki, heş kimdə yoxdur.

Bununla belə, melitopollular təslim olmurlar.

Fyodorov bəzi gizlinləri də açıqlayıb. Hazırda ruslara qarşı partizan müharibəsi apardıqlarını bildirib. Amma bunun necə baş verdiyini açıqlamır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə