Britaniya-Hollandiya neft və qaz qrupu “Shell” Rusiyanın “Saxalin-2” Rusiya layihəsindən çıxır. Deyilənə görə, “Shell” rəhbərliyi bu istiqamətdə artıq danışıqlara başlayıb.
SİA rus saytlarına istinadən bu barədə məlumatın “Financial Times” qəzetində yer aldığını bildirir.
Qeyd edək ki, “Shell” neft və qaz qrupunun “Saxalin-2”dəki payı 27,5 faiz təşkil edirdi ki, deyilənə görə, şirkət artıq bunu da satmaq barədə düşünür.
Maraqlıdır ki, “Shell”in belə bir addımı atacağı təqdirdə təqribən 5 milyard dollarnı itirmiş olacağını deyirlər.
Ona görə də, şirkət indi pulun bir hissəsini kompensasiya etməyə çalışır.
O da maraqlıdır ki, şirkətin aktivlərini “Çin CNOOC”, “CNPC” və “Sinopec” almağa hazırdırlar...amma bu böyük bir endirimlə başa gələ bilər.
Qeyd edək ki, aprelin 20-dən etibarən “Shell” “Qazprom” və “Qazprom Neft” birgə müəssisələrdə birgə işlədikləri işçilərini də geri çağırmağa başlayıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB