Zelenski ruslarla danışıqları bu halda dayandıracaq...

Ukrayna lideri öz şərtlərini açıqlayıb
Zelenski ruslarla danışıqları bu halda dayandıracaq...

...Bu arada Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə keçirdiyi mətbuat konfransı zamanı Rusiya tərəfi ilə danışıqlar prosesinin dayandırılması şərtlərini açıqlayıb. SİA-nın məlumatına görə, bu barədə “Kommersant" teleqram kanalında məlumat yayıb.

Beləliklə, nədir bu şərtlər?

Ukrayna lideri bəyan edir ki,

-xalqı Mariupolda məhv edildiyi təqdirdə,

-Moskva Ukraynanın işğal olunmuş ərazilərində referendum keçirmək qərarına gəlsə, bu halda ruslarla heç bir danışıqlıqlar olmayacaq.

Zelenski, eyni zamanda, Moskva ilə Kiyev arasındakı münaqişənin ancaq diplomatik bir şəkildə həll ediləcəyinin tərəfdarı olduğunu bildirib. Bunu “İnterfaks” bəyan edib.

Qeyd edək ki, Ukrayna lideri Rusiya Federasiyası ilə danışıqlarda ən aktual problemlər kimi bunları göstərib:

- təhlükəsizlik və neytrallıq təmin etmək

-Donbass və Krımın taleyi

“…Düşünürəm ki, artıq suallarınız yoxdur”. Bunun da Zelenski keçirdiyi mətbuat konfransı iştirakçılarına ünvanlayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə