“Müttəfiqlərimizdən daha çox silah istəyirik...”

“Müttəfiqlərimizdən daha çox silah istəyirik...”

“...Ukraynanın müttəfiqlərinin təmin etdiyindən daha çox silaha ehtiyacı var”. SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bunu prezident Vladimir Zelenski keçirdiyi mətbuat konfransında deyib.

“...Müharibə dövründə biz ABŞ və Böyük Britaniyadan göndərilən ən güclü hərbi yardımdan imtina edə bilmərik. Bundan əlavə, çoxlu avropalı dostlarımız var, lakin biz bu yardımın həcmini başa düşürük. ABŞ dünya lideridir, ona görə də onlar bu tempi müəyyən edib, danışıqların və yardımın tonunu təyin edirlər. Bəzən bu və ya digər Avropa dövlətinin bizim üçün vacib olan silahları bizə təqdim edib-etməməsinə əksər hallarda məhz onlar təsir edir”, - deyə prezident bildirib.

“...onlar bizi dəstəkləyirlər”. Bunu da Zelencki etiraf edib. O, ölkəsində təmin ediləcək təhlükəsizlikdən sonra ABŞ prezidentinin Kiyevə gəlib Ukrayna xalqını dəstək verəcəyini də istisna etməyib.

Qeyd edək ki, sabah-aprelin 24-də ABŞ-ın müdafiə naziri və dövlət katibi Entoni Blinken Ukraynaya səfər edəcəklər.

Zelencki bunu da gizlətmir. Sabah onlarla lazım olacaq silahların siyahısı və bu silahların onların çatdırılma tempi barədə danışacağını da bəyan edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə