...Bütün təbəddülatlara, Ukraynada keçirilən xüsusi əməliyyatlara baxmayaraq, Rusiyanın G20-yə üzvlüyü “sarsılmaz” olaraq qalır.
Rusiya saytlarının yazdığına görə, guya bunu “Associated Press” də etiraf edib. Hə, indi durub sevinməyəsən, neyləyəsən? Beləliklə, SİA bununla bağlı “rambler”ə istinad edir.
...Deməli, yenə də rus saytları “Associated Press”ə istinadən bəyan edirlər ki, Çin, Braziliya və Cənubi Afrika da daxil olmaqla bir sıra ölkələr Rusiyanın G20 üzvlüyündə qalmasını istəyiblər. Amma bunu istisna etmək üçün bütün ölkələrin konsensusu lazımdır.
Qeyd edək ki, bundan əvvəl Beynəlxalq Valyuta Fondunun baş direktoru Kristalina Georgiyeva belə bir addım atmağa çağırmamışdı.
Bununla yanaşı o, qlobal problemlərin həlli üçün “əməkdaşlığa ehtiyac” olduğunu qeyd etmişdi.
Yeri gəlmişkən bir müddət əvvəl ABŞ prezidenti Cozef Bayden də Rusiyanın G20-dən xaric edilməsi tərəfdarı kimi çıxış etmişdi. Lakin Amerika tərəfi Rusiyanın bu sammitdə iştirak edəcəyi təqdirdə Baydenin sammiti boykot edib-etməyəcəyi barədə heç bir açıqlama verməyib.
Bu arada İndoneziyanın maliyyə naziri Şri Mulyani İndravati Rusiya prezidenti Vladimir Putinin G20 sammitinə dəvətini təsdiqləyib. Xatırladaq ki, tədbirin noyabrın 15-16-da Bali adasında keçirilməsi planlaşdırılır.
...Və sonda xatırladaq ki, yəqin yadınızda olar... Vaşinqtonda keçirilən G20 toplantısında Rusiyanın maliyyə naziri Anton Siluanovun çıxışı zamanı ABŞ-ın maliyyə naziri Canet Yellen və Avropa İttifaqının Mərkəzi Bankının sədri Kristin Laqard etiraz əlaməti olaraq zalı tərk etmiıdilər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB